Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bu gün və sabah Bakıda və Abşeron yarımadasında nisbətən isti hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 10-da hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm