Sabah Bakıda 12 dərəcəyədək isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda 12 dərəcəyədək isti olacaq

Martın 10-da Azərbaycanda hava gündüz yağmursuz olacaq.

Martın 10-da Azərbaycanda hava gündüz yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 3-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacaq.

Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 1-6°, gündüz 10-15° isti təşkil edəcək. Dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm