Qırmızı.az
Gözdən əlillər üçün peşə reabilitasiya mərkəzi tikilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxslərdən 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər. Qalan 24 nəfər gözdən əlil şəxsə isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsi öyrədilib. Gözdən əlil şəxslər üçün peşə hazırlığı kursları xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil edilib. Gözdən əlil şəxslərin sosial, o cümlədən peşə reabilitasiyasının daha dolğun və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hazırda ƏƏSMN tərəfindən Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir. Mərkəzdə bu təbəqədən olan şəxslərin sosial reabilitasiyası, o cümlədən gündəlik həyatda zəruri bacarıq və vərdişlərə, eləcə də peşə-əmək qabiliyyətlərinə yiyələnmələri və s. istiqamətlərdə işlər aparılacaq. |
Gülnar
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı