Qırmızı.az
Ramil Usubov səhlənkar rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayon Polis
şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin
işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində
yayılmış məlumatlara aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov
Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabelikdəki
əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq
nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə,
bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb
olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının
təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin
icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş
xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik
Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın
ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil
Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama
götürülüb.
M.Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI