Bayramda dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək
Bizi izləyin

Qırmızı.az

Bayramda dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək

Ramazan bayramı günlərində dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

““Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazsan bayramı ərəfəsində gucləndirilmiş iş rejimində işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək”.

Məlumatda bildirilir ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm