Qırmızı.az
Nazirliyin elektron xidmətlərindən 1 milyondan çox insan istifadə edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən son 6 ayda 1 093 672 dəfə istifadə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, cari ilin iyun ayı ərzində ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə halı qeydə alınıb.
O cümlədən nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 103 977 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 38 523 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən cari ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.
Ümumilikdə cari ilin 6 ayı ərzində əhali ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18 faizindən çoxunu təşkil edir.
Gülnar Əliyeva
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...