Millət vəkili ön cəbhədə yaşayan kənd sakinlərini evlərini sığortalamağa çağırdı
Bizi izləyin

Qırmızı.az

Millət vəkili ön cəbhədə yaşayan kənd sakinlərini evlərini sığortalamağa çağırdı

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yaşayan sakinlərlə görüşüb, Ramazan bayramlarını təbrik edib, qayğı və problemləri ilə maraqlanıb.

Publika.az xəbər verir ki, ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını vurğulayıb. O qeyd edib ki, burada yaşayan insanlar Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin sakinləri daim qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparıblar.

Millət vəkili bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə hədəfə alaraq yaraladığı bir neçə kənd sakini ilə də görüşüb, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb. Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu deyiblər və bununla bağlı rayonda həmin sahəyə cavabdeh qurumla müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və bununla bağlı Qənirə Paşayeva Milli Məclisdə bir neçə dəfə məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər.

Sakinlər özəlliklıə ön cəbhə kəndlərində işyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili Qənirə Paşayeva elektrik naqilləri və transformatorlarla bağlı məsələni “Azərişıq” ASC-nin sədri Baba Rzayev ilə danışdığını və onun bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb.

Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa çağırıb və bildirib ki, bu çox ciddi məsələdir. Çünki evləri müxtəlif hadisələr zamanı yararsız vəziyyyətə düşmüş bəzi ailələrin üzləşdiri problemlər bu məsələyə daha həssas yanamağı tələb edir. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. O, kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

Millət vəkili bir sıra imkansız ailələri və xəstələri də ziyarət edib və onların qarşıdan gələn Ramazan bayramını təbrik edib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm