Qırmızı.az
Zavoddakı partlayışda xəsarət alanlardan biri dünyasını dəyişdi
İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərdən daha bir nəfəri dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova
Trend-ə bildirib ki, bütün lazımi tibbi müdaxilələrin həyata
keçirilməsinə baxmayaraq, bu gün səhər saat 7 radələrində 1971-ci
il təvəllüdlü Səttarova Xatirə Respublika Yanıq Mərkəzinin
reanimasiya şöbəsində dünyasını dəyişib. Hazırda həmin xəstəxanada
bu partlayış zamanı xəsarət alan 3 yaralının müalicəsi davam
etdirilir.
Qeyd edək ki, iyulun 6-da zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 19 nəfər isə zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Daxil olmuş 19 nəfərdən 13-ü elə həmin gün ambulator yardım göstərildikdən sonar evlərinə buraxılmışdı.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!