• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Millət vəkili gənclərlə çağırış etdi: “Narkotik satıcılarının toruna düşməyin!”

Millət vəkili gənclərlə çağırış etdi: “Narkotik satıcılarının toruna düşməyin!”

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi (ABAİ İB) Tovuzun Qədirli və Cilovdarlı kəndlərinin çoxlu sayda şagirdlərinin, gənclərinin iştirakı ilə gənclər arasında zərərli vərdişlərin artmasına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib.

Publika.az xəbər verir ki, narkotikdən istifadə edən gənclərin sayının artmasının hamımızı ciddi narahat etdiyini deyən Qənirə Paşayeva narkotikin çox ciddi bəla olduğunu, bəzən sadəcə onu istifadə edənin deyil, bütün ailəsinin faciəsinə çevrildiyini bildirib.

Qənirə Paşayeva narkotik satıcılarının gəncləri müxtəlif yollarla tora salmalarından və onda ciddi asılılıq yaratdıqlarından sonra dönüşün bir çox hallarda mümkünsüz olduğu və ya uzun illər ciddi müalicə və psixoloji dəstəklə sadəcə həmin şəxsi xilas edə bilməyin mümkünlüyündən danışıb. O, gənclərə diqqətli və ehtiyatlı olmağa, narkotik satıcılarının, milləti zəhərləməklə pul qazanan zərərli insanların toruna düşməməyə çağırıb.

Millət vəkili müəllim və ailələri də diqqət və həssaslığı artırmağa, belə hallar varsa onu gizlətməməyə, lazımi orqanlara müraciət etməyə, narkotikdən istifadəyə başlayan gənci isə vaxt keçmədən müalicəyə cəlb etməyin vacibliyindən danışıb və gizlətmək vəziyyəti daha da gərginləşdirə, asılılığı daha da artıra və dönüşü mümkünsüz bir vəziyyətə gətirə bilər deyib. Bu gün narkomaniya üzündən dağılan bəzi gənc ailələrin faciəsinə toxunan millət vəkili Qənirə Paşayeva fəal gənclərı öz ətraflarında da aktiv maarifləndirmə işləri aparmağa çağırıb.

Qənirə Paşayeva tədbirdə ictimai yerlərdə siqaretin çəkilməsinin mənfi nəticələri ilə bağlı da çıxış edib və gənclərə bu məsələyə diqqəti daha da artırmağa çağırıb: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə, narkomaniya ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq bu zərərli vərdişlərə qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər".

Qənirə Paşayeva rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur "Siqaretdən asan xilas olmanın yolu" kitabı "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi (ABAİ İB) gənclərə hədiyyə edib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR