• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dərmanlara nəzarət qiyməti belə olacaq – cəmi 1 qəpik

Dərmanlara nəzarət qiyməti belə olacaq – cəmi 1 qəpik

“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarda bəzi dəyişikliklər edilib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata əsasən, Azərbaycanda dərman vasitələri və dini təyinatlı vasitələrin nəzarət qiyməti müəyyən edilib.

Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dərman vasitələri və dini təyinatlı nüsxələr əlavə edilib. Dərman vasitələrinin bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 1 qəpik, dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib.

Qeyd edək ki, 2014-cü ildə "Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği" təsdiqlənib. Həmin qərara əsasən, 1 nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik müəyyən edilmişdi.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR