• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

5 mindən çox həkim imtahan verib

5 mindən çox həkim imtahan verib

Bu ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən Publika.az-a verilən məlumata görə, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilib. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4000-ə yaxın namizəd qeydə alınıb.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.

Qeyd edək ki, tabeliyindən va mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR