Astarada zəncirvari yol qəzası baş verib: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Astarada zəncirvari yol qəzası baş verib: yaralılar var

Ələt-Astara magistralının 220-ci km-də, yolun Astara rayonunun Pensər kəndindən keçən hissəsində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Ələt-Astara magistralının 220-ci km-də, yolun Astara rayonunun Pensər kəndindən keçən hissəsində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Təngərud kəndsakini, 53 yaşlı Nəcəfov Sənan Məmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı maşınla Astara istiqamətində hərəkətdə olarkən Hamuşam kənd sakini 21 yaşlı piyadanı vurub.

Bundan sonra maşın idarəetməni itirərək yolun ehtiyat hissəsində dayanmış,Pensər kənd sakini Bayramov Loğman Ərəstun oğluna məxsus “Qaz 24” markalı maşına çırpılıb. “Qaz-24” markalı maşın da zərbə nəticəsində yol kənarındakı“Kamaz” markalı maşına dəyib.

Hadisə yerinə Astara rayon DYP bölməsinin əməkdaşları gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəza yüksək sürət səbəbindən baş verib.

Qəzanın baş verməsinin dəqiq səbəbləri aparılan avtotexniki ekspertiza nəticəsində məlum olacaq. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm