Mərkəzi Bank: Borca görə intihar etməyib - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Bank: Borca görə intihar etməyib - AÇIQLAMA

İyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Vaqif oğlu Dadaşovun kredit borcu olmayıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumatda qeyd olunub ki, araşdırmalar nəticəsində həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmadığı və ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi olmadığı müəyyən edilib: “Belə məlumatları yayanlara tövsiyə edirik ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər”.

Qeyd edək ki, son günlər bir sıra mətbuat orqanlarında 8 iyul 2015-ci il tarixində Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı gedən yazılarda guya, həmin hadisədə həyatına sui-qəsd edən Elşad Vaqif oğlu Dadaşov kredit borcu olduğuna görə intihar etdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm