Masallıda tut ağacında 23 növ meyvə yetişir - VİDEO
Bizi izləyin

Qırmızı.az

Masallıda tut ağacında 23 növ meyvə yetişir - VİDEO

Masallı sakini Əkrəm Cabbarov tut ağacında müxtəlif növ meyvə, qızılgül və xiyar yetişdirib. Hər ağacdan bol məhsul əldə etdiyini deyən Əkrəm bəy növbəti illər üçün ağacların sayını artıracağını bildirir. O, ağaca "Cənnət ağacı" adını verib.

Masallının Xanəliyan kənd sakini Əkrəm Cabbarovun tut ağacında yetişdirdiyi meyvə-tərəvəz və qızılgüllər görənləri heyrətə gətirir. Onun bağındakı 150-dən çox yaşı olan tut ağacında hazırda nar, üzüm, əncir, heyva, alça, armud, limon, yapon əzgili, fındıq, şaftalı, xiyar, balqabaq kimi 23 növdə meyvə-tərəvəz görmək mümkündür.

Bağban meyvə ilə yanaşı, ağacda 4 növ qızılgül də becərir. O, bu işlə düz 13 ildir ki, məşğuldur. Ağacların hamısı bar verir. Həvəskar bağban hazırda təsərrüfatında yeni uğura imza atmaq niyyətindədir. Növbəti il üçün o, meyvə ağaclarını, gül növlərini və tərəvəzi artırmağı da planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm