Bakıda qızları əxlaqsızlığa məcbur edən kafe sahibi tutulub
Bizi izləyin

Qırmızı.az

Bakıda qızları əxlaqsızlığa məcbur edən kafe sahibi tutulub

Bakının Suraxanı rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Bakının Suraxanı rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, əxlaqsızlıq yuvası Suraxanı qəsəbəsində yerləşən “Dəniz” kafesində aşkarlanıb. Müəyyən edilib ki, kafenin sahibi, 1964-cü il təvəllüdlü Mustafayev Gülverdi Müzəffər oğlu “Dəniz” kafesində əxlaqsızlıq yuvası təşkil edərmiş.

Gülverdi Mustafayev cavan qızları kafedə işə düzəltmək adı ilə gətirərək müştərilərə pul müqablində cinsi əlaqədə olmağı təklif edib.

Əldə etdiyimiz məlumata görə, Gülverdi Mustafayev müştərilərdən qızlarla cinsi əlaqədə olmaq müqabilində 30-50 manat haqq alırmış. O, aldığı puldan 10 manata müştəri ilə cinsi əlaqədə olan qızlara verirmiş.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Gülverdi Mustafayev həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm