TQDK müraciət etdi: “... imtahana buraxılmayacaqlar”
Bizi izləyin

Qırmızı.az

TQDK müraciət etdi: “... imtahana buraxılmayacaqlar”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah qəbul imtahanında iştirak edəcək abituriyentlərə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumatda bildirilib ki, iyulun 14-də bu ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Məlumatda bildirilib ki, imtahana gələrkən abituriyentlər şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, imtahana buraxılmayacaqlar.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və həmin abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm