Metroda növbəti sosial aksiya
Bizi izləyin

Qırmızı.az

Metroda növbəti sosial aksiya

Iyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində foto sərginin açılışı olacaq.

Publika.az-ın məlumatına görə, bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisi olacaq.

Daha öncə metronun “Nəriman Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə “Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır.

“Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddindən artıq çox olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkilləri sübut edir. Mövzular müxtəlif və rəngarəng olub. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilmişdir. Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun “Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm