Bakının rayonlarındakı içməli su problemi 2 günə həll olunacaq
Bizi izləyin

Qırmızı.az

Bakının rayonlarındakı içməli su problemi 2 günə həll olunacaq

İyunun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəzanın fəsadları demək olar ki aradan qaldırılıb. Yaxın günlərdə paytaxtın Yasamal, Səbail və Binəqədi rayonlarına içməli suyun verilməsi tam bərpa olunacaq.

Bunu Publika.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, artıq su xəttinin Kürlə bağlı hissəsindəki problem tam həll olunub, təzyiq artırılıb.

“Təmir işləri davam etsə də, bu günlərdə əhalinin susuz qalmaması üçün gecə saatları qısamüddətli olsa da, su verilişi təmin edilib.Yaxın iki gün ərzində tam işlək rejimə keçəcəyik”.

A.Cəbrayıllı həmçinin Nəsimi rayonunda baş verən qəzanın nəticələrinin də aradan qaldırıldığını bildirib.

“Binəqədi anbarından gələn magistral xətt bir villanın altında partlamışdı. Çətinliklə də olsa, həmin problemi aradan qaldırdıq. İki gündür Nəsimi rayonunun susuz qalan 1,2,3-cü mikrorayonları su ilə təmin edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm