Bakı güclü küləkdən qurtulacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Bakı güclü küləkdən qurtulacaq - PROQNOZ

Bakıda əsən güclü şimal küləyi sabah günortadan sonra mülayimləşəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında külək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 14-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm