Dənizkənarı Parkda müasir attraksion-panoramı açıldı
Bizi izləyin

Qırmızı.az

Dənizkənarı Parkda müasir attraksion-panoramı açıldı

Prezident Milli Parkda açılışdadır

Martın 10-da Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.Prezident İlham Əliyevin tapşırığı ilə Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması layihəsinin uğurla icra olunması Bakının simasını tamamilə dəyişmişdir. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb. Burada müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə verilib. Bakı Bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanıb.

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Prezident və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib.

Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə vardır.

Dövlətimizin başçısı və xanımı yeni qurğu ilə yaxından tanış oldular.Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.Bir azdan açılış mərasimindən daha ətraflı məlumat verməyə çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm