• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ADİU-dan tələbələr üçün daha bir yenilik

ADİU-dan tələbələr üçün daha bir yenilik

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Londonda yerləşən Yay Məktəbində iştirak etmək şansı əldə edə biləcəklər.

ADİU-dən Publika.az-a verilən məlumata görə, bu imkan London Universitetinin (London School of Economics) birgə proqramında iştirak edəcək tələbələrə yaradılacaq.

Belə ki, onlar təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda 3 həftəlik Yay Məktəbində iştirak etmək şansını əldə edə biləcəklər.

Yay Məktəbində iştirak edən tələbələr London Universitetinin tədris mühitinə daha sıx inteqrasiya olunacaqlar. Bununla yanaşı, analoji proqram üzrə təhsil alan tələbələrlə real ünsiyyət imkanı yaradılacaq. Həmçinin tələbələr London Universitetinin tədris infrastrukturundan daha çox faydalana biləcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR