• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sərhəddən 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

Sərhəddən 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

“Şirvanovka” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Rusiyaya keçərkən Rusiya Federasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Qasımova Zuxra Kamalovnanın üzərinə baxış keçirərkən sinəsində gizlətdiyi 218 qram tiryək və 3 qram metanfetamin adlı dərman preparatı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynova Xəyalə Hüseyn qızının bədənində gizlətdiyi 180 qram heroin aşkar olunaraq götürülüb.


DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər İran vətəndaşı - 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddə Həsən 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana ilə saxlanılıb.


"Astara" sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Sərxan Əvəz oğlunun üzərinə baxış keçirərkən ayaqqabısının içərisindən 215 qram həşiş, 30 qram tiryək, 5 qram heroin və 6 qram metanfetamin, Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Abdullayev Eyvaz Mahir oğlu 20,7 kiloqram həşiş qətranı və 50 qram kristal formada olan narkotik tərkibli maddə, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində “Opel-Astra” markalı AZ 90-BZ-469 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.


Bərdə rayon sakinləri, 1981-ci il təvəllüdlü Məmmədov Ruslan Şahmar oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Qaçay Vaqif oğlunun hərəkət etdikləri avtomobildə 3,2 kiloqram marixuana, 840 qram tiryək, 1 kiloqram həşiş qətranı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü İsmayılova Esmira Xəlil qızının bədənində gizlətdiyi 163 qram heroin aşkar olunaraq götürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR