Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişiklik edildi

2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır.

Bununla yanaşı tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənləri daxil edilməsi də nəzərdə tutulur. Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir.

Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr)

Rezidenturaya qəbul üçün imtahan fənləri

Baza fənləri

İxtisas fənləri

1

2

3

I. Müalicə işi,

Pediatriya

İnsan anatomiyası

İnsan fiziologiyası

Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Daxili xəstəliklər

(kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya)

Cərrahlıq

(ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı)

Mamalıq və ginekologiya

Uşaq xəstəlikləri

(uşaq xəstəliklərinin propedevtikası, neonatologiya)

II. Stomatologiya

İnsan anatomiyası

İnsan fiziologiyası

Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Terapevtik stomatologiya

Ortopedik stomatologiya

Üz-çənə cərrahiyyəsi

Uşaq stomatologiyası

III. Tibbi-biologiya

İnsan anatomiyası

İnsan fiziologiyası

Histologiya

Patologiya

Mikrobiologiya

Biokimya

Klinik biokimya

Genetika

IV. Tibbi-profilaktika

İnsan anatomiyası

İnsan fiziologiyası

Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Yoluxucu xəstəliklər

Gigiyena

(ümumi, kommunal, qidalanma, əmək)

Epidemiologiya

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil almış şəxslər rezidenturanı bitirdikdənsonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər. Bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında nazirlikdə təsdiq olunmuş “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm