Millət vəkili artan yol qəzalarından danışdı
Bizi izləyin

Qırmızı.az

Millət vəkili artan yol qəzalarından danışdı

Millət vəkili Qənirə Paşayeva Tovuzun Hunan kəndində sakinlərlə görüşüb.

Publika.az xəbər verir ki, Qənirə Paşayeva söhbət zamanı son zamanlar artan dəhşətli yol qəza faciələrindən danışıb və Tovuzda təkcə son 3 ayda böyük faciə və insanların ölümü ilə nəticələnən hadisələrə diqəti yönəldərək bütün sürücü və piyadalarımızı diqqətli olmağa çağırıb. Millət vəkili surətli avtomobil idarə etmənin hər yerdə pis hadisələrlə nəticələndiyini vurğulayaraq sürücülərimizi heç bir yerdə özəlliklə də kəndlərdə surətli avtovobil idarə etməyəyə və diqqətli olmağa səsləyib. O, bildirib ki, Tovuzda son 3 ayda nə qədər ailə gözüyaşlı, körpələr atasız qalıb.

Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib qarşıdan gələn Ramazan bayramını təbrik edən millət vəkili sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabdeh qurumla danışaraq dəstək göstərmələrii xahiş edib. Sakinlərin ən böyük istəyi isə kəndin qazlaşması məsələsi olub. Bu məsələnin yaxın zamanlarda öz həlllini tapa bilməsi üçün Qənirə Paşayevadan təkrar hökumət və “Azəriqaz”a müraiət etməsi üçün xahiş ediblər. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.

Hunan sakinləri Tovuz şəhərindən kəndə gələn yolun yüksək səviyyədə çəkilməsini xusisi vurğulayaraq cənab prezidentə təşəkkürlərini bildiriblər. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. O, kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm