İsa Qəmbərin müavinləri Krıma getmək istəyəndə Dağıstanda tutuldu
Bizi izləyin

Qırmızı.az

İsa Qəmbərin müavinləri Krıma getmək istəyəndə Dağıstanda tutuldu

İsa Qəmbərin müavinləri Krıma getmək istəyəndə Dağıstanda tutuldu

“Biz də onlardan xəbər tuta bilmirik. Çox narahatıq”.

Bunu virtualaz.org saytına açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.

M.Hacıbəyli onların saxlanma səbəbinin Rusiya dairələrinin Azərbaycandan kimlərinsə Krıma getməsinə icazə vermək istəməmisi ilə bağlı ola biləcəyini söylədi.

Onun sözlərinə görə, Arif Hacılı və Gülağa Aslanlı saxlanılarkən minval.az saytının müxbiri Emin də onların yanında olub.

M.Hacıbəyli saxlanılanlarla əlaqə saxlamağa çalışdıqlarını və məlumat əldə edə bilməyəcəkləri təqdirdə qısa zaman ərzində onların arxasınca gedəcəklərini bildirdi.

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm