Qırmızı.az
"Kupça"ların verilməsində YENİLİK
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı mühüm yenilik başlayır.
Publika.az fins.az-a istinadən xəbər verir ki,
Əmlak Məsələləri Dövlət Komitəsindənbildirilib ki, bundan sonra
daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi
avtomatik baş verəcək.
Belə ki, ƏMDK "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn
xidmət" təqdim edir. Yeni xidmət vətəndaşların, fiziki və hüquqi
şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar
bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat
idarələrinə göndərilməsini nəzərdə tutur. Başqa sözlə, notariat
kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma
və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək və əmlak öz
yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə alqı-satqıdan
sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac
qalmayacaq. Vətəndaş DƏDRX-ə cəmi bir dəfə, "çıxarış" götürməyə
gedəcək. Xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını
daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları
minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan
qaldırmaqdır.
Son illər ƏMDK-nin bu sahədə apardığı islahatlar, xüsusilə də elektron və onlayn xidmətlərin geniş tətbiqi nəticəsində Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi dəfələrlə sürətlənib. Belə ki, 2014-cü ildə əmlakın hüquqi vəziyyəti ilə bağlı məhdudiyyət arayışlarının (Forma-1 arayışları) onlayn formada notariuslar vasitəsilə verilməsinə başlanmışdı. Nəticədə indiyədək bir neçə gün vaxt tələb edən bu proses cəmi 10-15 dəqiqəyə həyata keçirilir və vətəndaşların arayış almaq üçün DƏDRX-ə müraciətinə ehtiyac qalmır. "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" isə əmlakın qeydiyyatı prosesini növbəti dəfə qat-qat sadələşdirəcək. Yeni onlayn xidmət barədə daha ətraflı məlumat və zəruri bilgilər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 iyul 2015-ci il tarixində, saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində keçirilən ictimai təqdimatda açıqlanacaq.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR