Külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - rayonlarda
Bizi izləyin

Qırmızı.az

Külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - rayonlarda

Sabah Bakıda cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm