XİN vizalarla bağlı söz verdi
Bizi izləyin

Qırmızı.az

XİN vizalarla bağlı söz verdi

Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təklifləri ən yaxın günlərdə təqdim edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, Azərbaycan Prezidentinin vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 2014-cü il 20 noyabr tarixli 882 nömrəli Sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm