• USD 1,7003 0,00% EUR 2,0028 -0,26%
    • GBP 2,2538 -0,28% RUB 0,0297 0,00%

Bakıya giriş açıldı - FOTO

Bakıya giriş açıldı - FOTO

Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhərə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.

Azəryolservis”ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında qısa müddət ərzində keyfiyyətlə görülərək yekunlaşdırılıb.

Gülnar Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>