Qənirə Paşayeva Malatyada görüş keçirib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Malatyada görüş keçirib

Qənirə Paşayeva Malatyada görüş keçirib

Millət vəkili Qənirə Paşayeva Malatya İnönü Üniversitetinin rektorü Cemil Çelik və Universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Publika.Az xəbər verir ki, universitet rektoru Cemil Çelik qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən Cemil Çelik Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Malatya Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Malatya Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Malatya Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Malatya Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inanıb.Q. Paşayeva rektorla Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. O, rektora Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden”, “Karadağlı Soykırımı tanıkların dilinden” ve “Bağanıs Ayrım Soykırımı tanıkların dilinden “ kitablarını ve digər kitablarını hədiyyət edib.

Q. Paşayeva rektoru Azərbaycana dəvət edib. Rektor dəvəti məmnuniyyətlə qəbul edib və Malatya Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva həmçinin Malatya İnönü Üniversitetində təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Q. Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm