Daha 30 vaqon alınacaq
Bizi izləyin

Qırmızı.az

Daha 30 vaqon alınacaq

“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədən 30 yeni vaqon alacaq.

Publika.az xəbər verir ki, bu barədə bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüşündə müzakirə edilib.

C.Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidətinin təşkili üçün “Stadler Rail Group” şorkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub. “Stadler Rail Group” baş direktoru Peter Şpuler çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi barədə danışıb.

Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm