TQDK iyulun 25-də imtahan verəcək abituriyentlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK iyulun 25-də imtahan verəcək abituriyentlərə müraciət etdi

İyulun 25-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahanda (cari ilin məzunları - II və III qruplar) iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Təəbə Qəbulu üzrə Dövlət Komisisyasından Publika.az-a verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün abituriyentlər elektron ərizə təqdim edən zaman istifadə etdikləri iş və şifrdən istifadə etməkləhttps://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkinə daxil olmalı və buraxılış vərəqəsini çap etməlidirlər.

Əgər kimsə iş nömrəsi və ya şifri unudubsa, onu təkrar əldə edə bilər. Bunun üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.

Məlumatda bildirilib ki, iş nömrəsi, şifr və kodu daxil edib “Daxil ol” düyməsini basdıqdan sonra buraxılış vərəqəsi uzun müddət ekranda təsvir olunmursa, onda siz buraxılış vərəqəsini digər brauzer (əsasən “İnternet Explorer” və ya “Mozilla Firefox” brauzerləri tövsiyyə olunur) vasitəsi ilə və ya digər kompüterdə çap edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm