“Şamaxı Ensiklopediyası” hazırlanır
Bizi izləyin

Qırmızı.az

“Şamaxı Ensiklopediyası” hazırlanır

Milli Məclisin Şamaxıdan olan deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib.


Publika.az xəbər verir ki, millət vəkili E. Süleymanovun qatıldığı toplantıda iqtisad elmləri namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə millət vəkili Elxan Süleymanov çıxış edib. Bir neçə gündən sonra 88-ci ad gününü qeyd edəcək Babaxan Niyazlını təbrik edərək ona cansağlığı, gələcək elmi araşdırmalarında uğurlar arzulayıb.

Babaxan Niyazlı minnətdarlığını bildirib, Şamaxı ilə bağlı ensiklopediya yaradılmasını çoxdan arzuladığını, layihənin gerçəkləşməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd edib.

Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev Şamaxı ensiklopediyasının elektron versiyası - www.shamakhi-encyclopedia.az portalının cari işləri ilə bağlı məlumat verib.

Sonda Elxan Süleymanov Şamaxı ensiklopediyasının Elmi-Redaksiya Şurasının üzvlərinə və yaradıcı heyətə tezliklə işıq üzü görəcək “Şamaxı Ensiklopediyası” kitabı ilə bağlı tövsiyələrini çatdırıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm