• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda elm şəhərciyi yaradılır – AMEA prezidentindən AÇIQLAMA

Azərbaycanda elm şəhərciyi yaradılır – AMEA prezidentindən AÇIQLAMA

“Azərbaycanda gənc alimlər üçün ipoteka kreditlərinin verilməsi imkanları daha da genişlənəcək”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, hazırda AMEA gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görür. A.Əlizadə deyib ki, alimlər üçün AMEA-nın yataqxanasını əvəz edən yaşayış binaları inşa edilir: “Əlbəttə ki, orada Akademiya işçiləri üçün də mənzillər ayrılacaq. Həmin mənzillərdə isə evsiz alimlər yerləşdiriləcək. Bundan əlavə, “Science City” adlanan elm şəhərciyinin yaradılması ilə bağlı cənab Prezidentə müraciət etmişik. Dövlət başçısı də bizim bu müraciətimizi dəstəkləyib. Bu layihə əsasən Elmlər Akademiyasının üzvləri və gənc alimlər üçün nəzərdə tutulur. Güman edirəm ki, bu layihə də yaxın zamanlarda reallaşacaq. İnşallah, yaxın vaxtlarda bu layihənin icrasına başlanılacaq”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR