Səlim Müslümov: “Azərbaycanda işsizlik sığortası formalaşmalıdır”
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov: “Azərbaycanda işsizlik sığortası formalaşmalıdır”

Ölkədə işsizlik sığortasının formalaşmasına ehtiyac var.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib: “Ölkədə işsizlik sığortasının formalaşmasına ehtiyac var. Çünki bu gün nazirlik aktiv məşğulluq tədbirlərini həyata keçirmək üçün vəsaitə malik deyil. İşsizlik sığortasının adı var, amma ayrıca tarifi yoxdur”.

25 faiz sosial sığorta haqqının içərisinə işsizlik sığortasının da daxil olduğunu deyən nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yalnız işsizlik müavinətinin ödənilməsi nəzərdə tutulub: “Ona görə də ayrıca işsizlik sığortası olmalıdır ki, o işsizlik sığortası ilə müəyyən olunacaq tarif üzrə hesablar toplansın və oradan digər istiqamətlərə, əlillər və digər ehtiyacı olanlar üçün xərclənsin”.

Nazir həmçinin müavinət kartlarının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, iyul ayının 20-dən etibarən müavinət kartlarının dəyişdirilməsi prosesinə start veriləcək: “Kapital bank" bu tenderi udub. Bağlanan müqaviləyə görə, bu ayın 20-dən kimin kart dəyişmək istəyi varsa, "Kapital bank"ın yaxın ərazilərdəki şöbələrinə müraciət edə bilər”.

Nazir qeyd edib ki, əldə olunan razılaşmaya görə "Kapital bank" bunu təmin edəcək və hər hansı problem olmayacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm