Qırmızı.az
Bakının gözəllik salonları - hepatit C və QİÇS-in yoluxma mənbəyi - VİDEO
Tatu döydürən və gözəllik salonlarından istifadə edənlər daha ehtiyatlı olsun. Əks təqdirdə, hepatit və QİÇS kimi xəstəliklərə yoluxma təhlükəsi var.
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin
əməkdaşlarının reydləri belə göstərir.
Sterilizə olunmamış iynələrlə müştərilərə tatu vururlar. Bu
azmış kimi, salonda bütün xidmətlər natəmiz şəraitdə həyata
keçirilir.
Görüntülər paytaxtın Səbail rayonunda fəaliyyət göstərən
gözəllik və tatiurovka salonlarındakı reyddəndir. Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının 2
obyektə baxışı dəhşətli mənzərəni üzə çıxarıb.
Reyd zamanı tatiurovka salonlarında sterilizə aparatlarının
olmadığı aşkar edildi. Reyddə tatuda istifadə edilən yararlıq
müddəti ötmüş məhlullar da ortaya çıxarılıb. Gözəllik salonunda isə
müştərilərə natəmiz vəziyyətdə olan alətlərlə xidmət göstərildiyi
məlum olub.
Səbail rayonu Nizami və Tərlan Əliyarbəyov küçələrində yerləşən
bu salonlardan istifadə edənlər diqqətli olmalıdırlar. Vəziyyət
göstərir ki, burada QİÇS və Hepatit kimi xəstəliklərə yoluxma
ehtimalı yüksəkdir. Salonlarda aşkar edilən faktlarla bağlı
sahibləri Zərifə Samuyeva və Telman Əliyarbəyov 1500-2000 manat
arasında cərimə olunublar. Onların obyektləri də bağlanılacaq.
(xəzərxəbər)
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY