• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şamaxı Rəsədxanasından bayram AÇIQLAMASI

Şamaxı Rəsədxanasından bayram AÇIQLAMASI

Bu gün yerli vaxtla səhər saat 06.25-də Azərbaycan ərazisində Ay təzələnib.

Bu barədə "Report"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov məlumat verib.

O bildirib ki, Azərbaycan ərazisində təzə Ayın görünməsi iyulun 17-dən 18-nə keçən gecə olacaq: "Ayın görünməsinin dəqiq saatını demək çətindir. Çünki baxış məkanları fərqlidir. Ayın çıxmasını adi gözlə də görmək mümkün olacaq. Günün işığında görmək mümkün olsa, Ayı müşahidə etmək mümkündür".

Qeyd edək ki, müqəddəs Ramazan bayramı Qəməri ayın başlanğıcı və sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən Ay, ayın bitməsini və digər ayın başlamasından xəbər verir. Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR