Gənclər Təşkilatları Milli Şurası jurnalistləri təbrik etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənclər Təşkilatları Milli Şurası jurnalistləri təbrik etdi - FOTOLAR

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində mətbuat nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın aparıcı mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirə ARGTMŞ-ın sədri Şahin Seyidzadənin nitqi ilə başlanılıb. Günün önəmini xatırlatmaqla nitqinə başlayan Şahin Seyidzadə qeyd edib ki, əsası 1875-ci ildə “Əkinçi” qəzetinin yaranması ilə qoyulmuş milli mətbuatımız Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətli inkişaf dövrünü yaşamağa başlamış, qısa zaman kəsiyində bu sahənin inkişafı ilə bağlı mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı ilə inkişaf edən milli mətbuatımız dövlət qurumları, özəl qurumlar, gənclər təşkilatları və digər qurmların fəaliyyətində mühüm rola malik olmuşdur. O həmçinin qeyd edib ki, ARGTMŞ daim mətbuat nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm vermiş, ötən bir il ərzində təşkilatın fəaliyyətinə dair 81 müxtəlif məlumat 48 mətbuat orqanı tərəfindən işıqlandırılmış və məlumatlar 278 514 dəfə oxunulmuşdur.

Görüş mətbuat nümayəndələrinin fikirlərinin dinlənilməsi və jurnalistlərin mükafatlandırılma mərasimi ilə davam edib. Sonda, təşkilatın əməkdaşlıq etdiyi mətbuat orqanları fəxri fərman ilə təltif olunub.

Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatı, minlərlə gənci özündə birləşdirən təşkilat mətbuat nümayəndələri ilə əməkdaşlığa mühüm önəm verir. Təşkilat hər il mütəmadi “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə mətbuat nümayəndələrinin iştirakı ilə tədbirlər keçirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm