Qurban Yetirmişli: “Bəzi bölgələrdə seysmogen vəziyyət aktiv olaraq qalır”
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: “Bəzi bölgələrdə seysmogen vəziyyət aktiv olaraq qalır”

“Hazırda Azərbaycanın bir sıra bölgələrində seyamogen vəziyyət yenə də aktiv olaraq qalır. Misal üçün, Şamaxı-İsmayıllı bölgəsi yenə də aktivdir. Bu bölgədə hər gün xırda təkanlar baş verir”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, Şamaxı-İsmayıllı bölgəsində yeraltı təkanlar hər gün olsa da, bu, çox zəifdir və insanlar tərəfindən hiss olunmur.

Q.Yetirmişli bütövlükdə respublikada seysmoloji vəziyyətin çox aşağı səviyyədə olduğunu vurğulayıb: “Bu da o deməkdir ki, Azərbaycanın seysmogen bölgələrində zəif və insanlar tərəfindən hiss olunmayan təkanlar baş verir. Bu da təbiidir və seysmoloji bölgələrə xas olan hərəkətlərdir. Yəni, seysmogen zonada kiçik zəlzələlər olmalıdır. Bildiyiniz kimi, yer daxilində tektonik proseslər daim baş verir. Hazırda da bu cür hərəkətlər var. Sadəcə olaraq, bu proseslər çox kiçik olduğu üçün insanlar tərəfindən hiss olunmur. Bunun insanlar üçün elə böyük qorxusu yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm