Bu il nə qədər əkiz doğulub?
Bizi izləyin

Qırmızı.az

Bu il nə qədər əkiz doğulub?

Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5 faiz artaraq 9636,3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

Bu ilin yanvar-may ayları ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qızlardır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm