• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda 21 795 nəfər müəllim olmaq istəyir

Azərbaycanda 21 795 nəfər müəllim olmaq istəyir

Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 15-i saat 23:59-da başa çatıb. Ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərinin ərizəsi qəbul olunub.

O qeyd edib ki, müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləri olub. İbtidai sinif müəllimliyi üzrə 6 440 nəfər (29.54%), Azərbaycan dili və ədəbiyyat üzrə 2,971 nəfər (13.63%), ingilis dili üzrə 2 354 nəfər (10.80%), riyaziyyat üzrə 1 916 nəfər (8.79%), tarix üzrə 1 260 nəfər (5.78%), informatika üzrə 1 152 nəfər (5.28%), fiziki tərbiyə üzrə 974 nəfər (4.46%), coğrafiya üzrə 954 nəfər (4.37%), biologiya üzrə 804 nəfər (3.68%), fizika üzrə 778 nəfər (3.56%), kimya üzrə 665 nəfər (3,05%), texnologiya üzrə 475 nəfər (2.17%), təsviri incəsənət üzrə 289 nəfər (1.32%), musiqi üzrə 211 nəfər (0.96%), rus dili üzrə 180 nəfər (0.82%), rus dili və ədəbiyyatı üzrə 151 nəfər (0.69%), fransız dili üzrə 118 nəfər (0.54%), alman dili üzrə 103 nəfər (0.47%) elektron ərizə verib.

Şöbə müdirinin sözlərinə görə, namizədlər tərəfindən ən çox seçilən vakant yerlər Bakı şəhəri (351 yer - 10.14%), Cəlilabad rayonu (202 yer - 5.83%), Laçın rayonu (180 yer - 5.20%), Quba rayonu (172 yer - 4.96%), Lerik rayonu (165 yer - 4.76%) üzrədir.

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19,911 nəfər, 91.36%) olub. Namizədlərin 1,661 nəfəri (7.62%) 35-50 yaş, 223 nəfəri (1.02%) 50-65 yaş aralığında olub.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərdə aparılacaq. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR