Yayım Şurası İTV-yə təşəkkür edib
Bizi izləyin

Qırmızı.az

Yayım Şurası İTV-yə təşəkkür edib

Yayım Şurasının sonuncu iclasında Avropa Oyunlarının işıqlandırılması ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti müzakirə edilib.

Publika.az xəbər verir ki, YŞ üzvləri İTV kollektivini Avropa Oyunları zamanı nümayiş etdirdiyi peşəkarlığı, yaradıcı yanaşmanı və çevikliyi yüksək qiymətləndiriblər.

Onların fikrincə, telekanal ictimai yayımçı olaraq Avropa Oyunlarının mahiyyətinin seyrçilərə doğru və dürüst çatdırılması vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bu möhtəşəm tədbirin hər günündən dolğun məlumatlar çatdıran icmallar, milli atletlərimizi dəstəkləyən tok-şoular, “Carçı”, “Yeni gün”, “Ortaq məxrəc”, “Müzakirə vaxtı”, “Aktual mövzu”, “Media və zaman”, “Vətənin səsi” kimi proqram və verilişlər buna sübutdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm