
Ramazan bayramı münasibətilə Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçəcək.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil
Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramazan bayramı ilə bağlı polis iyulun 17-dən 20-dək
gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə qeyd edilir ki,
bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət
etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq
qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər
zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə
əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı
artırılacaq.