Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb - RƏSMİ

Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir. Yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Xatırladaq ki, bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanmış, gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm