Sabah leysan yağışlar yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah leysan yağışlar yağacaq

Sabah Bakı və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq, mülayim şimal küləyi əsəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm