• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

100 min müsəlman polis əhatəsində namaz qıldı – FOTOLAR

100 min müsəlman polis əhatəsində namaz qıldı – FOTOLAR

Rusiyanın paytaxtı Moskvada 100 mindən çox müsəlman eyni vaxtda mərkəzi Məscidə gələrək bayram namazı qılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Moskvada fərqli məscid və çadırlarda bayram namazına qatılan insanların sayı isə təqribən 200 min nəfərə çatıb.

Aralarında özbək, tacik, türkmən, qırğız, tatar, başqırd, inquş, çeçen və digər müsəlman millətindən olan namaz qılan insanların təhlükəsizliyi də Rusiya hökuməti tərəfindən ən yüksək səviyyədə təşkil olunub.

Moskvada polisi namaz qılan insanları əhatəyə alaraq, onların təhlükəsizliyinin təmin olunmasına çalışıb.

Təhlükəsizlik üçün Moskva bələdiyyəsi də əraziyə yaxın olan küçə və prospektləri müvəqqəti bağlayıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR