Məzarlıqlar haqda layihə Məclisə göndərilir - YENİLİK
Bizi izləyin

Qırmızı.az

Məzarlıqlar haqda layihə Məclisə göndərilir - YENİLİK

Məzar yerləri və məzarlıqlar haqqında qanun layihəsi Nazirlər Kabinetində müzakirə edilir.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədrinin sözlərinə görə, qanunla bağlı müzakirələr nəzərdən keçirildikdən sonra layihə Milli Məclisə təqdim olunacaq. Qanun qəbul olunsa, yeni qaydalar indiyədək salınan deyil, yeni qəbiristanlıqlara şamil ediləcək.

“Bu layihədə nəzərdə tutulur ki, ayrıca məzarlıqlar salınsın və bu məzarlıqlar salınarkən qəbirüstü abidələr, dəbdəbəli bu və ya digər hallara yol verilməsin. Qanunun əsas qayəsi ondan ibarətdir ki, qəbir yerləri islam dəyərlərinə uyğun olsun. Əgər yəhudi və ya xristian qəbirləri olacaqsa, həmin dinin qaydalarına uyğun şəkildə olacaq. Qəbirlərin ölçüləri, sinə daşı, baş daşı və onun ölçüləri eyni şəkildə olacaq. Qəbirlər arasında məsafə, qəbiristanlıqların yaşayış məntəqələrindən hansı məsafədə yerləşməsi qanun layihəsində əks olunacaq. Bundan başqa qəbiristanlıqlarda dəfn mərasimlərinin təşkili və qəbiristanlıqların idarə olunması bu qanunda öz əksini tapıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm