Qubada turizmin inkişafına həsr olunan tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

Qubada turizmin inkişafına həsr olunan tədbir keçirilib

Quba ölkənin turizm potensiallı əsas rayonlarındandır.

Quba ölkənin turizm potensiallı əsas rayonlarındandır.

Son illər respublikada turzmin inkişafı sahəsində aparılan məqsədyönlü siyasət Quba rayonundan da yan ötməyib. Bu fikirlər Qubada turizmin inkişafına həsr olunan tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edənlər bildirib ki, Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəyə marağını artırıb.

Həmçinin qeyd olunub ki, hazırda Qubada 50-yə yaxın turizm obyekti fəaliyyət göstərir. Özəl sektorda turizm-istirahət komplekslərinin sayının artması müşahidə olunur.

Turizm mərkəzlərində qonaqların mənalı istirahəti üçün hər cür şərait təşkil olunub. Turistlər daha çox dünya əhəmiyyətli abidə sayılan Xınalıq kəndinə maraq göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm