Azərbaycanda məscidlərdə bayram namazı qılınıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Trend xəbər verir ki, bu gün müsəlmanlar Müqəddəs Ramazan bayramını qeyd edirlər.

Bu gün Ramazan ayının başa çatması münasibətilə səhər saat 9:00-dan etibarən ölkənin fəaliyyət göstərən bütün məscidlərində bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər.

Təzəpir məscidində saat 9:00-da başlayan bayramı namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Əjdərbəy məscidində isə bayram namazı QMİ sədrnin müavini Hacı Salman Musayevin başçılığı ilə qılınıb.

İnsanlar həmçinin Azərbaycanın ərazi bütövlyünün bərpası, dövlətimizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua ediblər.

Möminlər həmçinin Ramazan bayramının vacib əməllərindən olan imkansızlara verilməsi üçün adambaşına fitrə zəkatı (pul, ərzaq və s.) çıxarıblar.

Qeyd edək ki, iyulun 17 və 18-də Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Publika.az bütün dünyada, o cümlədən Azərbaycanda yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan tutduqları orucun, qıldığı namazlarının, etdiyi dualarının qəbul olunmasını, Allahı zikr edən hər kəsin günahlarının bağışlanmasını düləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm