“Sınıq Körpü” postundakı sıxlıq tam aradan qaldırılıb
Bizi izləyin

Qırmızı.az

“Sınıq Körpü” postundakı sıxlıq tam aradan qaldırılıb

Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq dünən günün ikinci yarısından etibarən tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, nəqliyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm